- Baxış sayı: 26
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 47
- Dekabr 05, 2025
- 0

Bu gün ölkə kubokunun 1/4 final mərhələsinin cavab matçında “Qarabağ” səfərdə “Sumqayıt”ı 5:2 hesabı ilə məğlub edərək yarımfinala vəsiqəni təmin edib. Allsport.az saytı xəbər verir ki, qalib komandanın baş məşqçisi Qurban Qurbanov oyun sonrası mətbuat konfransında bunu deyib:
“Maraqlı oyun oldu, bu gün futbolçularımın istəkli olması vacib idi, bu oyunda da istək daha çox idi. Rəqib də ilk dəqiqələrdən yaxşı mübarizə apardı. Futbolçularıma təşəkkür edirəm, ağır bir ili birlikdə geridə qoyduq. Bu il bizim üçün təcrübə ili oldu. Sonda hər birinizə xoş istirahətlər arzulayıram”.