- Baxış sayı: 35
- 29 Mart 2026 21:40
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

Premyer liqanın 24-cü turunda “Qarabağ” Respublika stadionunda “Kəpəz”i 2:1 hesabı ilə məğlub edib. Allsport.az saytı xəbər verir ki, qalib komandanın baş məşqçisi Qurban Qurbanov oyun sonrası mətbuat konfransında öz fikirini bildirib:
“Bəlkə də çempionatın ən gərgin oyunlarından biri oldu. Oyunun əvvəlində hesabda geri düşdük. Çempionat sona yaxınlaşdıqca, futbolçularda həyəcan çox olur. Ehtiyatlı olmalıyıq. Çox vacib 3 xal qazandıq. Ağır qrafikdəyik.
Futbolçularda yorğunluq yaranır. Buna baxmayaraq, futbolçularım düzgün oynamağa çalışdılar. Hər birini təbrik edirəm”.