- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda PAOK-u 2:0 hesabı ilə məğlub edib. Allsport.az saytı xəbər verir ki, komandamızın baş məşqçisi Qurban Qurbanov oyun sonrası mətbuat konfransında bunu deyin:
“Vacib qələbə qazandıq. İlk 2 oyunda qələbə qazana bilmədiyimiz səbəbindən oyunçularda həyəcan çox idi. Hamı matçın mahiyyətini anlayırdı. Bütün futbolçular əllərindən gələni etdilər. Çox şükür ki, oyun düşündüyümüz kimi alındı.
Amma həddindən artıq ağır idi. Çünki yaxşı komandaya qarşı oynayırdıq. Bilirdik ki, rəqib son görüşlərdə uduzmurdu. Amma bizim üçün vacib onların statistikası yox, öz oyunumuz idi. Artıq diqqətimizi səfər matçına yönəldəcəyik. Bir də ki, “Qəbələ”yə uğurlar arzulayıram”.