- Baxış sayı: 35
- 06 Fevral 2026 17:46
- Baxış sayı: 220
- Fevral 04, 2026
- 0

Çempionlar liqasının qrup mərhələsinin 5-ci turunda İngiltərənin “Çelsi” komandasını qəbul edəcək “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyun öncəsi mətbuat konfransında iştirak edib. Allsport.az saytı xəbər verir ki, mütəxəssis sabahkı görüş barədə bunu söyləyib:
“Bizi ağır oyun gözləyir. Həm rəqib, həm də bizim üçün çox vacib matç olacaq. Bakıdakı son oyunumuzdur. Rəqibin gücünü bilirik. Az səhv etməyə və meydanda sona kimi mübarizə aparmağa çalışacağıq”.