- Baxış sayı: 8
- 27 Noyabr 2024 15:45
- Baxış sayı: 36
- Noyabr 26, 2024
- 0
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Türkiyə toplanışı çərçivəsində bu gün Makedoniyanın “Şkupi” (0:0) və Ukraynanın “Maiupol” (2:3) klublarına qarşı keçirdikləri yoxlama matçlarını şərh edib. Allsport.az saytı xəbər verir ki, o, futbolçulardan razı qaldığını deyib:
“Ümumi götürdükdə, bugünkü qarşılaşmalarda nəticələr yaxşı olmasa da, oyunlardan razı qaldım. Əvvəlcədən də, meydanda olan futbolçuların 90 dəqiqə oynamasını planlaşdırmışdıq və buna da çalışdıq. Hər iki oyunda nəzarəti əldə saxlamağa çalışdıq, bəzi texniki səhvlər oldu.
İndi hazırlığın elə mərhələsindəyik ki, belə səhvlərin olması qaçılmazdı. Son mərhələdə futbolçular üzərində olan yük nisbətən azalacaq və daha çox son zərbələrin dəqiq yerinə yetirilməsi üzərində çalışacağıq”.