- Baxış sayı: 6
- 09 Dekabr 2025 16:25
- Baxış sayı: 39
- Dekabr 08, 2025
- 0

Bu gün “Qarabağ” qış toplanışında 2-ci yoxlama matçında Çex Resbublikasınının “Bohemians” klubunu 3:1 hesabı ilə məğlub edib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov görüşə belə şərh verib:
“Ümumən maraqlı oyun alındı, hər 2 komanda sakit və yaxşı oyun göstərdi. Belə oyunlarda hesab bizim üçün önəmlidir, amma ondan önəmli olan bəzi detallar var idi ki, meydanda görmək istəyirdim və demək olar ki, gördüm.
Hesabda 0:1 geri düşsək də, komanda oyun nizam-intizamını qoruyub saxladı və matçı qələbəylə yekunlaşdırdı. İlk oyuna nisbətən bu qarşılaşma daha dinamik oldu və səhvlərimiz az oldu. Komandamdan razı qaldım”.