- Baxış sayı: 72
- 31 Oktyabr 2024 19:37
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun yarımfinal çərçivəsində “Simurq”a qarşı keçirdikləri cavab oyununu şərh edib. Allsport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 0:0 hesabıyla bitən qarşılaşmadan (ilk oyun 1:0) sonra bunları söyləyib:
“Tam olaraq, nəticə üçün oynadıq. Ağır bir səfərə çıxmışdıq. Futbolçularda psixoloji, fiziki yorğunluq vardı. Futbolçuları təbrik edirəm ki, xarakter göstərdilər. Azarkeşlərimizi təbrik etmək istəyirəm. “Simurq” barədə isə ancaq xoş sözlər söyləyə bilərəm. Bir zaqatalalı olaraq, baş məşqçi George Çixradzeyə “sağ ol” deməliyəm. Qismət belədir. Biz yolumuza davam edirik. Oyunçularım qarşıdakı matçlarda da xarakter nümayiş etdirməlidirlər. Hiss etdiniz ki, “Simurq”la oyunun son dəqiqələrində sürət zəiflədi. Ola bilsin ki, “Neftçi” ilə çempionat oyununda da belə olsun. Çünki yorğunluq var”.