- Baxış sayı: 33
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Dünən “Qarabağ” klubu 2 yoxlama matçı ilə Antalya təlim-məşq toplanışını yekunlaşdırıb. Allsport.az saytı xəbər verir ki, baş məşqçimiz Qurban Qurbanov bu oyunlar və təlim-məşq toplanışı ilə bağlı öz fikrini bildirib:
“Hər iki görüş məni qane etdi. Futbolçular son ana qədər vuruşdular, mübarizə apardılar. Ümumiyyətlə, təlim-məşq toplanışından razı qaldım, hər bir futbolçu işlərinə ciddi yanaşdılar, yaxşı hazırlaşdıq. Hələ tam hazır deyilik, bir neçə tur sonra komanda buna hazır olacaq. Çalışdıq ki, bu toplanışı maksimum şəkildə yaxşı dəyərləndirək”.
Xatırladaq ki, “Qarabağ” ilk matçda “Atırau”ya (Qazaxıstan) 0:1 uduzub, “Termalika”nı (Polşa) 3:2 hesabı ilə məyus edib.