- Baxış sayı: 34
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 35
- Noyabr 26, 2024
- 0
“Qarabağ” Antalya toplanışı çərçivəsində keçirdiyi hazırlıq matçında Polşanın “Rakuv” klubuna 0:3 hesabı ilə məğlub olub. Allsport.az xəbər verir ki, Ağdam klubunu baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
“Ağır oyun oldu. İlk dəqiqələrdən göründü ki, rəqib bizdən daha hazırlıqlıdır. “Rakuv” Polşa çempionatının lideridir. Bu, hiss olunurdu. Belə matçlarda hazırlıqsız olmaq komandanın oyununa böyük təsir göstərir. Futbolçular yorğun idilər. Bu da normaldır. Adətən ilk oyunlarda daha zəif komandalarla oynayırdıq. Qarşıda “Gent”lə matç var deyə belə bir rəqib seçdik.
İstəyirdik ki, futbolçular mübarizəni hiss etsinlər. Məncə, pis oyun alınmadı. Çatışmazlıqlarımız göz önündə idi. Pressinqdə çətinlik çəkirdik. Bu matçın mənim üçün faydası çox olacaq. Çatışmayan cəhətlərin üzərində işləmək həm bizdən, həm də futbolçulardan böyük məsuliyyət tələb edir. Qarşıda vaxtımız var. Çalışacağıq ki, növbəti oyunda daha yaxşı idman formasında olaq”.