- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komanda üzvlərinə Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Slovan”la oyuna qədər KİV-lə ünsiyyəti qadağan edib. Allsport.az saytı xəbər verir ki, çox güman, 44 yaşlı mütəxəssis futbolçuların bütün diqqəti matça yönəldilməsini istəyir.
Bu komandalar arasında görüş noyabrın 24-də Çex Respublikasının Liberets şəhərində keçiriləcək və saat 22:00-da başlayacaq. Həmin tur “J” qrupda baş tutan oyunlarda heç-heçə qeydə alınarsa, “Qarabağ” həm Azərbaycan futbolu, həm də öz tarixində ilk dəfə 1/16 finala adlayacaq.