Qurban Qurbanov: Həm toplu, həm də topsuz yaxşı oynamağa çalışdıq

“Qarabağ” ölkə kubokunun 1/4 finalının ilk görüşündə “Keşlə”ni 1:0 məyus edib. Allsport.az saytı xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında matçdan razı qalıb:

“Gözləyirdik ki, çətin oyun olacaq. Ağır səfərdən qayıtmışdıq və yorğunluq hiss olunurdu. Həm nəticədən, həm də oyundan razı qaldım. Futbolçular həm toplu, həm də topsuz yaxşı oynamağa çalışdılar. Son görüşü çıxsaq, bu komandaya qarşı həmişə çətin oynamışıq.

Rəqib kubok matçlarında çox uğurlu çıxış edir. Bu gün də bunun şahidi olduq. Çempionat və kubok oyunları tam fərqli olur. 1:0 qələbədir, amma cavab matçında daha diqqətli olmalı və mübarizə aparmalıyıq. Futbolçuları təbrik edirəm. 3 gün vaxtımız var, çalışacağıq hazır olaq”.

Həmin kateqoriyadan