- Baxış sayı: 38
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov konfrans liqasının qrup mərhələsinin 5-ci turunda “Omoniya”ya (Kipr) qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, o, 2:2 hesabı ilə bitən matçdan sonra mətbuat konfransında bunu söyləyib:
“Futbolçularımızı təbrik edirəm. Yaxşı oynadılar. Qalib gəlmək istəyirdilər. Öncədən demişdim: ola bilsin, qrupda 1-ci yerin taleyi Bazeldə müəyyənləşsin. Heç kimə iradım yoxdur. Hamı əlindən gələni etdi.
Sonda qol buraxmağımıza gəlincə, Şahruddinin səhvindən çox Qomesin ustalığı daha rol oynadı.
Baş hakimin ilk oyunu idi. Çox gərgin idi. Görüşdən sonra təkrara baxdıq. Qolumuz təmiz idi və penaltini vermədi. Məncə, rəqib futbolçu tək yox, iki əllə oynamışdı. Baş hakim qırmızı vərəqə göstərmişdi. Yəqin bununla kompensasiya etmək istəyirdi. Ümid edirəm ki, gələcəkdə yanlışlıqlara yol verməyəcək”.