Qurban Qurbanov: “Hesab oyuna görə oldu”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində İngiltərənin “Tottenhem” klubuna qarşı keçirilmiş oyunla (0:1) bağlı fikirlərini bölüşüb. Allsport.az xəbər verir ki, o, oyundan sonra bunları söyləyib:

“Bu qrupa düşəndə, çətin olacağını bilirdik. “Tottenhem”, “Monako” və “Anderlext” qitənin səviyyəli klublarındandır. Təcrübə yığsaq da, sonda ustalıq səviyyəsi öz sözünü deyir. Düzünü desəm, artıq qrupdan çıxmağımız çox çətin görünür. Rəqibin qol vəziyyətləri bizdən daha çox idi. “Tottenhem”in gücünə bələd idik. Sonadək dayana bilmədik. Hesab oyuna görə oldu”.

Həmin kateqoriyadan