- Baxış sayı: 16
- 27 Noyabr 2024 10:32
- Baxış sayı: 35
- Noyabr 26, 2024
- 0
İlin ən yaxşı futbol məşqçisinin adına aydınlıq gəlib. Allsport.az saytı xəbər verir ki, Komanda.az-ın jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov digər namizədləri böyük fərqlə qabaqlayıb.
67 KİV mənsubunun qatıldığı sorğuda 54 səs toplamaqla, o, 2022-ci ilin ən yaxşı məşqçisi seçilib. Bununla da, 12-ci dəfə Azərbaycanda ilin ən yaxşı məşqçisi adını qazanıb.
Sorğuda iştirak edənlərdən 7-si “Sabah” klubunun baş məşqçisi Murad Musayevə, 5-i Azərbaycan millisinin 1-ci çalışdırıcısı Canni de Byaziyə, 1 nəfər isə “Zirə”nin baş məşqçisi Rəşad Sadıqova səs verib. Ötən mövsümün sonunda “Neftçi”yə premyer liqanın gümüş medallarını qazandıran, hazırda “Sumqayıt”ın sükanı arxasında olan Samir Abbasova səs verən olmayıb.
“Qarabağ” ötən mövsümdə Qurban Qurbanovun rəhbərliyi ilə ölkə çempionluğu bayram edib, Azərbaycan ölkə kubokuna sahib çıxıb. Ağdam təmsilçisi cari mövsümdə də premyer liqada “qış çempionu” olub. Bundan başqa, komanda çempionlar liqasının pley-offuna kimi irəliləyib, Avropa liqasının qrup mərhələsində mübarizə aparıb. “Köhlən atlar” hələn ilin fevralında konfrans liqasının 1/16 finalında mübarizəsini davam etdirəcək.
İlin ən yaxşı məşqçisinin mükafatlandırma mərasimi Azərbaycanın ilk qanuni milli mərc saytı olan “ETOPAZ”ın sponsorluğu ilə, dekabrın 16-da keçiriləcək. “Alov qüllələri” mehmanxanasında “Üzeyir Hacıbəyov zalı”nda tədbir saat 18:00-da başlayacaq.