Qurban Qurbanov: Komandada bir qədər həyəcan vardı

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ölkə kubokunun 1/8 finalında “Qaradağ Lökbatan”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, o, 2:0 hesablı qələbəyə sevindikləri görüş barədə bunu deyib:

“Futbolçularımı təbrik edirəm. Komandada bir qədər həyəcan vardı. Çünki bu gün meydana çıxan futbolçuların bəziləri çoxdandır oynamırdılar.

Rəqibi də təbrik edirəm. Bu gün sübut etdilər ki, birinci divizionda lider olmağa layiqdilər. Bu komandanın özünəməxsus oyunu var”.

Həmin kateqoriyadan