- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov çempionlar liqasının ilk təsnifatında Bakıda Sloveniyanın “Olimpiya” klubuna qarşı cavab oyunundan sonra fikrini bölüşüb. Allsport.az saytı xəbər verir ki, o, qolsuz heç-heçə bitən (ilk oyun – 1:0) görüşü belə dəyərləndirib:
“Öncə futbolçuları təbrik edirəm. Sona qədər mübarizə apardılar. Alqışa layiq idilər. Çox yaxşı komandaya qarşı oynayırdıq. Sonda qalibiyyət bizim oldu, mərhələni keçən biz olduq. Azarkeşlərə bizi dəstəklədikləri üçün təşəkkür edirəm. Bundan sonra çətin oyunlar bizi gözləyir.
Hər rəqibə qarşı ciddi hazırlaşacağıq. Və hər bir halda biz hazır olmalıyıq. Futbolçular oyun haqqında daha çox düşünməlidilər. Hər rəqibə qarşı fərqli oyun üslubu ilə çıxırıq. Bu gün futbol bunu tələb edir. Qalib gəlmək istəyirsinizsə, rəqibin oyun üslubuna görə oynamalısınız”.