- Baxış sayı: 28
- 06 Fevral 2026 20:54
- Baxış sayı: 224
- Fevral 04, 2026
- 0

“Qarabağ” klubu çempionlar liqasının 3-cü təsnifat mərhələsinin cavab matçında Moldovada “Şerif”i 2:1 hesabı ilə məğlub edərək pley-offa vəsiqə qazanıb. Allsport.az saytı xəbər verir ki, komandamızın baş məşqçisi Qurban Qurbanov oyun sonrası mətbuat konfransında bunu deyib:
“Olduqca çətin oyun oldu və belə olacağını da gözləyirdik. Futbolçular əzmkar mübarizə apardı və layiqli qələbə qazandı. Komandamı qələbə və pley-off-a yüksəlmək münasibətiylə təbrik edirəm.
Bu mərhələdə oynamaq istəyirdik. Pley-off-da da çalışacağıq ki, yaxşı oyun göstərək. Bu gün bizi burada tək buraxmayan azarkeşlərimizə təşəkkürümü bildirirəm”.