- Baxış sayı: 34
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Topaz premyer liqasında 7-ci turdan təxirə salınmış “Keşlə” və “Qarabağ” arasında görüş sülhlə bitib. Allsport.az saytı xəbər verir ki, 1:1 hesabı qeydə alınan matç barədə qonaq komandanın baş məşqçisi Qurban Qurbanov açıqlama verib:
“Qələbə üçün gəlmişdik, alınmadı. Oyun planımızda bir az çətinlik oldu. Belə meydanda oynamaq da çətindir. Heyətdə müəyyən dəyişikliklər var. Maksim məşqdə zədələnmişdi, Donald da zədəli idi. Futbolçular çox əziyyət çəkdi, yorğunluq hiss olunur. Əvvəllər də belə situasiya ilə rastlaşmışıq.
Amma məğlubiyyətləri düzgün qəbul edərək bu səviyyəyə çatmışıq. Hamımız bir olmalıyıq. İçəridəki problemləri görürəm. İnsan yorğun olan zaman istədiyini edə bilməyəndə psixoloji yorğunluq yaranır. Təcrübəli komandayıq, başqa çıxış yolumuz da yoxdur. Yorğun da olsaq, bu qrafikə uyğunlaşmalı və qələbə üçün daha çox zəhmət çəkməliyik”.