Qurban Qurbanov: “Mən əvvəlcədən bilirdim ki, xal itkiləri ola bilər”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 17-ci turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 2:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Düşünürəm ki, çox çətin, ağır bir oyun oldu. Son vaxtlar öz oyun üslubu ilə fərqlənən komandaya qarşı çıxış etdik. Son vaxtlar nə biz bu qədər qol epizodu yaratmışdıq, nə də rəqib bu qədər qol epizoduna imkan vermişdi. Bəlkə də oyunun ədalətli nəticəsi bərabərlik idi.

Futbolçudan istədiyini ala bilməyəndə onun üzərinə getmək əvəzinə soyuqqanlılıq lazım olur. Çünki futbolçular çox yükləniblər. Mən əvvəlcədən bilirdim ki, xal itkiləri ola bilər. Yaxşı komanda ilə oyunda xal itirdik. Mən rəqib komandaya və baş məşqçi Samir Abasova uğurlar arzu edirəm”.

Həmin kateqoriyadan