- Baxış sayı: 34
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Sabah millətlər liqasında Farer adaları – Azərbaycan oyunu ilə bağlı mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, baş məşqçisi Qurban Qurbanov görüş barədə bunu deyib:
“Bu gün danışmaqdansa, sabah meydanda daha çox iş görməliyik. Rəqibi tanıyırıq və bilirik ki, yaxşı şansı var. Biz isə sabahkı şansımızdan istifadə etməyə yaxşı hazırlaşmışıq.
Hava şəraitinin bizə problem yaradacağını düşünmürəm. Çünki vəziyyət hər iki komanda üçün eynidir. Meydanla tanış oldum, hiss olunur ki, standartlardan bir qədər fərqlənir. Hərçənd, meydanın ölçüsü və süni örtüklü olması bizə bir qədər problem yaradacaq. Ancaq biz diqqətimizi rəqibə yönəltməliyik. İnanıram ki, uşaqlar sabah bacardıqlarını ortaya qoyacaqlar.
Bu toplanışda az məşq etmişik. Hal-hazırda heç bir problem və futbolçu çatışmazlığı haqda düşünmürəm. Komandamın tam hazır olduğunu və möhkəm kollektiv kimi meydana çıxacağına inanıram. Ən yaxşı futbolumuzu oynamalıyıq”.