- Baxış sayı: 43
- 04 Aprel 2025 23:47
- Baxış sayı: 42
- Aprel 04, 2025
- 0
“Ay-ulduzlular”ımızın millətlər liqasında növbəti 2 oyun üçün heyəti bilinib. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Qurban Qurbanov 23-nəfərlik siyahını müəyyənləşdirib. Həmin futbolçular oktyabrın 11-də səfərdə Farer adaları, 14-də isə Bakı olimpiya stadionunda Malta ilə görüşdə çıxış edəcəklər.
Qapıçılar: Kamran Ağayev (“Keşlə”), Səlahət Ağayev (“Neftçi”), Şahruddin Məhəmmədəliyev (“Qarabağ”);
Müdafiəçilər: Maksim Medvedov, Bədavi Hüseynov, Rahil Məmmədov (hamısı – “Qarabağ”), Məhəmməd Mirzəbəyov (“Neftçi”), Təmkin Xəlilzadə, Ürfan Abbasov (hər ikisi – “Qəbələ”), Bəxtiyar Həsənalızadə (“Sumqayıt”), Pavel Paşayev (“Aleksandriya”, Ukrayna);
Yarımmüdafiəçilər: Qara Qarayev, Araz Abdullayev (“Qarabağ”), Emin Mahmudov, Namiq Ələsgərov (“Neftçi”), Rahid Əmirquliyev (“Səbail”), Cavid İmamverdiyev (“Sabah”), Riçard Almeyda (“Astana”, Qazaxıstan), Dmitri Nazarov (“Aue”, Almaniya);
Hücumçular: Mahir Mədətov (“Qarabağ”), Ramil Şeydayev (“Krılya Sovetov”, Rusiya), Rüfət Dadaşov (“Proysen”, Almaniya), Ruslan Qurbanov (“Səbail”).