“Qurban Qurbanov ölkəmizdə bir nömrəli baş məşqçidir”

Allsport.az xəbər verir ki, “Araz-Naxçıvan” premyer liqanın 12-ci turunda səfərdə “Sumqayıt”a 0:2 hesabı ilə məğlub olub. Qonaq komandanın baş məşqçisi Azər Bağırov mətbuat konfransında açıqlama verib:

“Çətin oyun oldu. Məğlub olanda hirsli başla düşünmək, nələrisə demək çətin olur. İkinci hissədə daha yaxşı oynadıq. Əgər məğlubiyyətdən düzgün nəticə çıxaracağıqsa, bunun özü də qələbədir. 11 turdan sonra nisbətən zəif oynamağımız normaldı.

Yenə deyirəm, nəticə çıxarmalıyıq. Rotasiya etmək üçün geniş heyətimiz yoxdur. Bunu yerli oyunçular baxımından deyirəm. Legionerlərlə bağlı problem yoxdu. Bu gün azarkeşlər Bayraməlini tanıdı. Orxan Əliyevin səhhətində də problem var idi.

Halbuki onu əsas heyətdə meydana buraxmaq istəyirdik. Çalışırıq ki, yoxdan var edək, nəsə düzəldək. Qurban Qurbanov ölkəmizdə bir nömrəli baş məşqçidir. Digər məşqçilər meydanda ona rəqib olmağa çalışır”.

Həmin kateqoriyadan