Qurban Qurbanov: Öz oyunumuzla yanaşı, rəqiblərin də nəticələrini düşünürük

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 17-ci turda “Qəbələ”yə qarşı oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, o, 2:1 qalib gəldikləri görüşlə bağlı bunu söyləyib:

“Futbolçularımı təbrik edirəm. Ağır oyunda vacib qələbə qazandıq. “Qəbələ”nin oyununu xüsusi qeyd etmək istəyirəm. Qış hazırlığından sonra yaxşı mənada dəyişiklik hiss olunur. Onlara da uğur arzulayıram.

Hər oyun daha yaxşı çıxış etməyi və qələbə qazanmağı məqsəd qoymuşuq. Qarşıda xal itkiləri çox olacaq. Çempionat ağır keçir. Gərginlik vardı. Bir qədər hiss olunurdu. Öz oyunumuzla yanaşı, rəqiblərin də nəticələrini düşünürük”.

Həmin kateqoriyadan