- Baxış sayı: 186
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 186
- Dekabr 05, 2025
- 0

Premyer liqanın 7-ci turunda evdə “Zirə” ilə qolsuz bərabərə qalan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyun sonrası KİV önünə çıxıb. Allsport.az saytı xəbər verir ki, mütəxəssis futbolçulardan razı qaldığını deyib:
“Ağır oyun oldu. Topa istədiyimiz kimi sahib ola bilmirdik. Oyunun sonuna kimi mübarizə apardıq. Rəqib son ana kimi bizə rahat hərəkət etməyə imkan vermədi.
Heyətdə çox dəyişiklik etmişdim. Bu oyunçular bir yerdə az çıxış ediblər. Ancaq oyunçularımızdan razı qaldım”.