- Baxış sayı: 180
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 180
- Dekabr 05, 2025
- 0

Çempionlar liqasının qrupunda 2-ci turunda evdə “Roma”ya 1:2 uduzan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oyundan sonra mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, matçla bağlı bunu deyib:
“Ağır oyun oldu. Xüsusilə, oyunun əvvəli. Rəqibin ustalıq səviyyəsi özünü göstərdi. Lakin 0:2-dən sonra futbolçularım daha diqqətli oynamağa başladılar. Vaxt irəlilədikcə rəqibi daha yaxşı tanımağa başladıq.
Evdə ilk oyunumuz idi. Məğlub olsaq belə, azarkeşlərə gözəl futbol yaşatmaq istədik. Rəqib layiqli qələbə qazandı. Futbolçularımın da çıxışından razı qaldım. Azarkeşlərimizə də dəstəyə görə təşəkkür edirəm”.