- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Sabah “Qarabağ” çempionlar liqasının 3-cü ələməsinin cavab oyununda Moldovada “Şerif”in qonağı olacaq. Allsport.az saytı xəbər verir ki, komandamızın baş məşqçisi Qurban Qurbanov görüş öncəsi mətbuat konfransında öz fikrini bildirib:
“Sabahkı oyunda şansları bərabər sayıram. Hər iki komanda üçün bu qarşılaşma böyük fürsətdir, çünki mərhələ keçəcək komanda ən azından Avropa liqasının qrup mərhələsinə vəsiqəni təmin edir. Ona görə də, sabah bizi çətin və maraqlı mübarizə gözləyir. Rəqibimiz olduqca təhlükəlidir, bir neçə oyun üslublarından istifadə edir. “Şerif”i olduqca yüksək qiymətləndirirəm.
Penaltilər seriyasına xüsusi hazırlaşmamışıq. Düzdür, penaltilər futbolun bir hissəsidir və bu oyun da penaltilər seriyasına qədər uzana bilər. Ancaq əsasən futbolçuları psixoloji cəhətdən ilk dəqiqələrdən oyuna köklənməyə çalışmışıq”.