Qurban Qurbanov və komandası şəhid övladları ilə

DİN-in “Xəzri” istirahət və sağlamlıq mərkəzinin tərəfdaşlığı ilə keçirilən, həmçinin ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş III “qardaşlaşmış Qarabağ məktəbləri” qış düşərgəsinin 3-cü günündə şagirdlər “Qarabağ” futbol klubunun qonağı olublar.

Allsport.az xəbər verir ki, Azərbaycan diasporuna dəstək fondunun və “Zəfər” şəhid ailələrinə dəstək ictimai birliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə baş məşqçi Qurban Qurbanov və futbolçular məktəbliləri səmimi qarşılayaraq, onlarla xatirə şəkilləri çəkdiriblər.

Dekabrın 21-dən 27-dək davam edəcək düşərgəyə Qazaxıstanda fəaliyyət göstərən “həftəsonu Qarabağ məktəbi”nin şagirdləri ilə Azərbaycanın ərazi bütövlüyünün bərpası zamanı şəhid olmuş igid qəhrəmanlarımızın övladları qatılıblar.

Həmin kateqoriyadan