- Baxış sayı: 40
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 58
- Dekabr 05, 2025
- 0

“Qarabağ” premyer liqasının 20-ci turunda öz meydanında “Şamaxı”ya 3:1 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, qarşılaşmadan sonra mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov bunu söyləyib:
“Bu gün istədiyimiz hazırlıq səviyyəsində deyilik. Zamanla, bunu həll etməyə çalışacağıq. Qız fasiləsində daha 2 aparıcı futbolçumuz komandanı tərk etdi, əsas qapıçımız uzun müddətə sıradan çıxdı. Bu üzdən, heyətə yeni qoşulan legionçuları “Şamaxı” ilə görüşdə meydana buraxdım.
Onlar nə qədər tez komandaya alışsalar, bir o qədər bizə xeyirdir. Fevralın 2-nə qədər sifariş ərizəsini UEFA-ya təqdim etməliyik. Ona kimi transferi bitirməyə çalışacağıq. Konfrans liqasında bacardıqca irəliləmək üçün, yenə güclənməyə ehtiyacımız var”.