Qurban Qurbanovun etdiyini edə bilməyib

“Çempionlar liqasında ilk pilləni tutub-tutmayacağımız önəmli deyil”

Allsport.az xəbər verir ki, bunu “Liverpul”un baş məşqçisi Arne Slot evdə “Qarabağ”la keçirəcəkləri çempionlar liqası oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.

“Bu oyunda bir neçə itkimiz olacaq – Co Qomeslə İbrahima Konate sabah bizimlə olmayacaqlar. Onların bərpa müddəti uzun çəkməyəcək, amma “Qarabağ”la matçı buraxacaqları dəqiqdir. “Qarabağ”ın baş məşqçisi bizimlə oyundan öncə əsas heyətin 11 oyunçusuna istirahət verdi, amma mən bunu edə bilmədim. Onlar bu mövsüm çox yaxşı komanda olduqlarını göstəriblər. “Çelsi” ilə 2:2 hesabı ilə heç-heçə etdikləri oyunu da qeyd edərdim”, – deyə Slot bildirib.

“Liverpul” – “Qarabağ” oyunu yanvarın 28-dən 29-na keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Həmin kateqoriyadan