- Baxış sayı: 21
- 06 Fevral 2026 23:16
- Baxış sayı: 225
- Fevral 04, 2026
- 0

Çempionlar liqasının 1-ci təsnifatında Sloveniyanın “Olimpiya” klubunun qonağı olacaq “Qarabağ”ın matçdan öncə son məşqinin və mətbuat konfransının vaxtı açıqlanıb.
Allsport.az saytı xəbər verir ki, iyulun 10-da baş məşqçi Qurban Qurbanov Bakı vaxtı ilə saat 20:15-də KİV önünə çıxacaq.
Komandanın son məşqi saat 20:30-da qarşılaşmanın keçiriləcəyi “Stojitse” stadionunda olacaq. Məşqin ilk 15 dəqiqəsi mətbuat və azarkeşlər üçün açıqdır.