- Baxış sayı: 38
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Konfrans liqasında fevralın 24-də Tofiq Bəhramov adına respublika stadionunda “Qarabağ” – “Marsel” oyunun gedişində qeydə alınmış maraqlı və özündə “feyr pley” nümunəsi ehtiva edən epizodla bağlı AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov açıqlama verib. Allsport.az saytı xəbər verir ki, o, olayı təqdir edib və bunun beynəlxalq müstəviyə qaldırılmasına çalışacaq:
“Qarabağ” konfrans liqasında çıxışını başa vursa da, təmsilçimizi təbrik etmək olar. Təkcə ona görə yox ki, qrup mərhələsini uğurla keçdi və pley-ofda kifayət qədər güclü rəqibə qarşı çox gözəl oyun nümayiş etdirdi. Həm də ona görə ki, son oyununda gözəl bir nümunə göstərdi.
İbrahim Vədcinin əl ilə toxuşundan sonra, qapıdan keçən topu baş hakim qol kimi qeydə alsa da, Qurban Qurbanov futbolçularla qısa dialoqdan sonra referiyə qolun qaydalara uyğun olmadan vurulduğunu bildirdi. Hakim qərarını dəyişdi və qol qərarını ləğv etdi.
Doğrudur, qol sevincimiz uzun çəkmədi, lakin etiraf etməliyik ki, futbol meydanlarında çox nadir hallarda rast gəldiyimiz bir ədalətli oyun nümunəsinin şahidi olduq. Qurban müəllimin və “Qarabağ”ın futbolçularının bu addımı sözün əsl mənasında təqdirəlayiqdir.
Rəhbərlik etdiyim UEFA Fair Play və Sosial Məsuliyyət Komitəsinin növbəti iclasında bu məsələnin gündəliyə daxil olunmasına və komitədəki həmkarlarımla birgə müzakirə edərək ədalətli oyun hadisəsi kimi Avropa futbol ailəsinin diqqətinə çatdırılmasına çalışacağıq”.