- Baxış sayı: 32
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 33
- Noyabr 26, 2024
- 0
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov premyer liqanın 27-ci turunda “Sumqayıt”la səfər oyunundan (6:0) danışıb. Allsport.az xəbər verir ki, o deyib:
“Çox yaxşı başladıq. İlk dəqiqələrdən oyuna nəzarəti ələ aldıq. Futbolçular matça tam hazır oluğunda istədiyini ilk dəqiqələrdən meydanda görə bilirsən. Yaxşı müdafiə olunan bir komandaya qarşı oynayırdıq. Topla çox yaxşı davrandılar. Tez və sürətli hücumlar qurduq. Xüsusən də ilk 2 qol bizə oyunumuzu ələ almağa kömək etdi. Futbolçularımdan razı qaldım. Hamı hücumda aktiv iştirak etmək istəyirdi. Oyun keyfiyyətindən də razıyam”.
Qurbanov “Qalatasaray”la keçirəcəkləri xeyriyyə oyunundan söz açıb: “Düzünü desəm, heyəti müəyyənləşdirməmişəm. Xüsusən müdafiə xətti üçün digər komandalarımızdan futbolçu götürmək istəyirəm. Çünki həm Toral Bayramovu, həm də Elvin Cəfərquliyevi milliyə çağıracaqlar. Burada problem yarana bilər. Cəmi 3 müdafiəçimiz qalır.
Qarşıdakı hazırlıq dönəmində ümumi futbolçuların hazırlığına baxacağıq. Yassin Benzia və Adama Diakabinin hazırlığı bizim üçün çox önəmli olacaq. Ola bilər ki, oyuna 1-2 gün qalmış bəzi futbolçuları komandaya dəvət edək. Hər bir klubdan dəvət ola bilər. Əlbəttə ki, onların sayı çox olmayacaq. Öz işimizin gedişatına baxacağıq”.