Qvardiola darmadağını şərh edib

Allsport.az xəbər verir ki, “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola çempionlar liqasının yarımfinalında “Real”a qarşı cavab oyununda (4:0) inamlı qələbədən sonra fikirlərini bildirib:

“Evdə inanılmaz rahatlıq hiss edirik. Çempionlar liqasının finalına çıxanda bayram etməlisən. Təəssüf ki, bizim buna vaxtımız olmayacaq. Çünki bazar günü premyer liqanı qazana bilərik. Sabah ailələrimizin yanında olacağıq, sonra bazar gününə hazırlaşacağıq”.

Bu gün ilk dəqiqədən bizdə hiss olunurdu ki, futbolçular hazırdır.

İlk oyun 1:1 hesabı ilə başa çatıb.

Beləliklə, iyunun 10-u Türkiyənin İstanbul şəhərində keçiriləcək finalda “İnter”lə “Mançester Siti” üz-üzə gələcək.

Həmin kateqoriyadan