Qvardiola: “Haaland xüsusi futbolçudur”

Allsport.az xəbər verir ki, “Mançester Siti”nin baş məşqçisi Xosep Guardiola futbolçusu Erlinq Haalandın Premyer Liqa rekordu qırmasından danışıb:

“Bu, inanılmazdır. Onun cəmi 22 yaşı var və qarşıda daha 5 oyunu var. Ola bilsin ki, Haaland daha çox qol vurardı. Amma mən onu əvəzlədim. Erlinq xüsusi futbolçudur. Onu təbrik edirəm”.

“Vest Hem”lə matçda 22 yaşlı hücumçu fərqlənib. Bu, Haalandın ölkə çempionatında 2022/2023  mövsümdə vurduğu 35-ci qol kimi tarixə düşüb. Nəticədə futbolçu bir mövsümdə vurulan qolların sayına görə İngiltərə çempionatının rekordunu qırıb. 

Həmin kateqoriyadan