- Baxış sayı: 42
- 05 Fevral 2026 19:47
- Baxış sayı: 213
- Fevral 04, 2026
- 0

“Arsenal”ın və Braziliya millisinin hücumçusu Qabriel Jezuş “Mançester Siti”ni niyə tərk etmək qərarına gəldiyini açıqlayıb.
Allsport.az xəbər verir ki, braziliyalı 2022-ci ilin yayında “Arsenal”a keçib.
Jesuş, onu göz yaşlarına qərq edən baş məşqçi Xosep Qvardiolanın anlaşılmaz hərəkətləri səbəbindən və onu uzun müddət ehtiyatda saxladığına görə klubu tərk etmək qərarına gəldiyini deyib:
“Pep, mənim əsas oyunlarda start heyətd çıxış etməyimə icazə verməyib. 2021-ci ildə çempionlar liqasında “Siti” PSJ ilə qarşılaşıb. Həmin oyuna mən çox yaxşı hazırlaşdım amma, heyətdən kənarda qaldım. Otağa getdim, ağladım, anama zəng etdim: “Getmək istəyirəm” dedim.