- Baxış sayı: 33
- 20 Mart 2026 19:07
- Baxış sayı: 126
- Mart 19, 2026
- 0

“Jirona”nın baş məşqçisi Miçel Sançes gələcəkdə “Mançester Siti”də Pep Qvardiolanı əvəzləməyə hazır olduğunu bəyan edib.
Allsport.az xəbər verir ki, 50 yaşlı mütəxəssis özünü hər hansı bir böyük klubu çalışdırmaq üçün kifayət qədər təcrübəli hesab edir:
“Mən hazıram, özümü istənilən komandanı məşq etdirməyə qadir görürəm. “Mançester Siti”nin bu barədə nə düşündüyünü bilmirəm, amma mühit fərqli olsa da, mənim uyğunlaşma qabiliyyətim var və bunu sınamaq istəyirəm”.
Miçel 2021-ci ildən “Jirona”ya rəhbərlik edir və onun rəhbərliyi altında komanda ötən mövsüm la liqada üçüncü yeri tutaraq tarixi uğura imza atıb.
“Jirona” və “Mançester Siti” eyni holdinqə (“City football group”) məxsus olduğu üçün bu keçid ehtimalı müntəzəm olaraq gündəmə gəlir. Pep Qvardiolanın “şəhərlilər”lə müqaviləsi isə 2027-ci ilin yayında başa çatır.