Qvardiolanın yerinə əsas namizəddir

Pep Qvardiolanın mövsümün sonunda “Mançester Siti”dən mümkün ayrılığı gündəmdə olduğu bir vaxtda, onun varisi müəyyənləşib.

Allsport.az xəbər verir ki, klub rəhbərliyi bu posta əsas namizəd kimi Enso Mareskanı görür.

Hazırda “Çelsi”dən ayrıldıqdan sonra işsiz olan Mareska, əvvəllər “Siti”nin akademiyasında və Qvardiolanın korpusunda çalışdığı üçün klub daxilində yüksək qiymətləndirilir.

Qvardiolanın müqaviləsinin başa çatmasına 18 ay qalıb və yeni sazişlə bağlı danışıqların hələ də irəliləməməsi Mareskanın təyinat ehtimalını daha da gücləndirir.

Həmin kateqoriyadan