- Baxış sayı: 20
- 06 Fevral 2026 15:54
- Baxış sayı: 215
- Fevral 04, 2026
- 0

Allsport.az xəbər verir ki, “Bavariya” rəsmi saytında Dortmund “Borussiya”sından portuqaliyalı müdafiəçi Rəfael Qerreyronun transferini elan edib.
29 yaşlı müdafiəçi “Borussiya” ilə müqaviləsi başa çatdıqdan sonra azad agent kimi yeni klubuna keçib. Qerreyro “Bavariya” ilə 2026-cı ilin iyununa qədər müqavilə imzalayıb.
“Borussiya”ya keçməmişdən əvvəl futbolçu yalnız Fransa klublarında çıxış edib. Fransa əsilli portuqaliyalı oyunçu “Kan” və “Lorient” klublarında çıxış edib. müdafiəçi 2016-cı ildən “Borussiya”da çıxış edir.
Ötən mövsüm Dortmund “Borussiya”sının heyətində 36 matçda Qerreyro 6 qol vurub və 14 məhsuldar ötürmə edib.
Dortmund klubunun tərkibində Rəfael 2 dəfə Almaniya kubokunu, 1 dəfə isə Almaniya superkubokunu qazanıb.