- Baxış sayı: 47
- 12 Fevral 2026 23:16
- Baxış sayı: 26
- Fevral 12, 2026
- 0

“Liverpul”, “Mançester Siti”, “Arsenal” və “Çelsi”nin sabiq hücumçusu Rəhim Sterlinq gözlənilmədən Niderlandın “Feyenoord” klubu ilə müqavilə imzalayıb.
Allsport.az xəbər verir ki, yanvarın 28-də “Çelsi” ilə müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv edən 31 yaşlı vinger, Rotterdam təmsilçisinə azad agent statusu ilə qoşulub.
Sterlinqin yeni sözləşməsi cari mövsümün sonuna qədər nəzərdə tutulub.
Transferin reallaşmasında “Feyenoord”un baş məşqçisi, əfsanəvi Robin van Persinin böyük rolu olub. Sterlinq karyerasında ilk dəfə İngiltərə hüdudlarından kənarda çıxış edəcək. O, “Çelsi”nin ən yüksək ödənişli oyunçusu olsa da, son aylar əsas komandadan kənarlaşdırılmışdı və fərdi məşqlər keçirdi.