- Baxış sayı: 19
- 28 Noyabr 2024 10:20
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
“Neftçi”nin futbolçusu Rəhman Hacıyev Antalyada Rumıniyanın “Qaz Metan” klubuna qarşı yoxlama görüşünü şərh edib. Allsport.az saytı xəbər verir ki, o, 3:0 hesabı ilə üstün olduqları matçda ik qolun müəllifi olub. Sitat:
“Yaxşı oyun oldu. Düzdür, çatışmazlıqlar da var. Bu, olmalıdı. Çünki təlim-məşq toplanışındayıq, yorğunluq var. Buna görə də istədiyimizi tam şəkildə yerinə yetirə bilmirik. Amma hələ vaxtımız var. Çempionat oyununadək tam hazır olmağa, məşqçinin verdiyi tapşırıqları yerinə yetirməyə çalışırıq.
Qol vurmağıma gəlincə, buna görə çox şadam. Amma əsas qol vurmaq deyil, komandaya mümkün qədər çox xeyir verməkdir. Qələbə münasibətilə komanda yoldaşlarımı və məşqçilərimizi təbrik edirəm”.