- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Neftçi”nin yarımmüdafiəçisi Rəhman Hacıyev açıqlama verib. Allsport.az saytı xəbər verir ki, müqaviləsinin müddətinin artırılmasına münasibət bildirən futbolçu, Türkiyədəki təlim-məşq toplanışını dəyərləndirib və azarkeşləri Avropa liqasının ilk ələməsində iyulun 12-də “Dalğa Arena”da keçiriləcək oyunda komandaya dəstək olmağa çağırıb:
“Çox xoşbəxtəm ki, “Neftçi” ilə yeni müqavilə imzaladım. Çünki “Neftçi” kimi klubun şərəfini qorumaq hər futbolçunun arzusudur və çox qürurvericidir. Mənə etimad göstərdiklərinə görə klub rəhbərliyinə və məşqçilər korpusuna minnətdaram. Bildiyimə görə bu xəbər azarkeşlər tərəfindən də xoş qarşılanıb. Əlbəttə, bu məni ikiqat sevindirir və həvəsləndirir. Mən də öz növbəmdə əlimdən gələni etməliyəm ki, bu etimadı doğruldum və “Neftçi”yə fayda verim.
Təlim-məşq toplanışında hər şey plan üzrə gedir. Hiss edirik ki, gündən günə daha da yaxşı formaya düşürük. Hər iki yoxlama oyununda qələbə qazanmışıq. Təbii ki, bu bizi sevindirir, amma yoxlama görüşlərində nəticə vacib deyil. Əsas odur ki, baş məşqçi heyəti komplektləşdirsin. Vacib oyunumuz “Uypeşt”ə qarşı olacaq. Həmin görüşə böyük həvəslə hazırlaşırıq. Yeri gəlmişkən, bu oyuna bütün azarkeşlərimizi dəvət edirəm. Onların dəstəyinə çox ehtiyacımız var. Biz də öz növbəmizdə, azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik”.