- Baxış sayı: 34
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

Quba olimpiya idman kompleksində futbol üzrə 2-ci beynəlxalq “Ulduz kuboku” başladı. Allsport.az saytı xəbər verir ki, tədbirin açılışında “Ulduz” futbol akademiyasının direktoru Mehman Əlimov açıqlama verdi:
“Bu il yarışımız daha geniş tərkibdə keçirilir. Ötən mövsüm 4 yerli, 4 xarici klub vardısa, indi 7 ölkədən 12 komanda 3 qrupda çıxış edir və qonaqların sayı çoxdur. Rəqabətin artması uşaq futbolunun inkişafına təkan verəcək.
“Ulduz” futbol məktəbi kuboka yaxşı hazırlaşıb. Gənclər və idman nazirliyi hər cür diqqət və qayğı göstərir. Ötən səfər 2-ci olmuşduq. Ümid edirəm ki, bu dəfə qalıb biz olarıq.