- Baxış sayı: 17
- 24 Noyabr 2024 20:21
- Baxış sayı: 97
- Noyabr 21, 2024
- 0
Premyer liqanın 32-ci turunda “Turan Tovuz” səfərdə “Neftçi”yə 0:3 uduzub. Allsport.az xəbər verir ki, qonaqların baş məşqçisi Ayxan Abbasov oyun haqda danışıb:
“Oyunun gərginliyini bilirdik. “Neftçi”də oyuna final oyunu kimi baxırdı. Biz də vacib xal qazanmaq istəyirdik. Çempionatın sonu gəldikcə gərginlik artır. Futbolçuların ustalığı ön plana çıxır. Məncə bu gün rəqib ustalıqda bizi üstələdi. Qollar çox istəmədiyimiz dəqiqələrdə oldu. Oyuna yaxşı başlamışdıq. Hücumlar edirdik, topa nəzarət bizdə idi. Təəssüf ki, rəqib əlinə düşən ilk imkandan istifadə etdi. Daha sonra çox rahat rahat penalti qazandılar. Birinci hissənin sonunda imkanımız oldu. Bəlkə də o imkandan istifadə etsəydik ikinci hissəyə daha motivasiyalı çıxardıq. İkinci hissəyə də yaxşı başladıq. Qırmızı vərəqə demək olar ki, oyunun taleyini həll etdi. Çünki 10 nəfərlə “Neftçi”yə qarşı oynamaq ikiqat çətindir. Çalışacağıq ki, növbəti oyunlarda xal ehtiyatımızı artıraq. Bu il bizim üçün böyük bir təcrübə oldu. Səhvlərimizi təhlil edib gələn mövsüm daha yaxşı olmalıyıq”.