“Rəqib arxada çox qapanmışdı”

“Neftçi”nin baş məşqçisi Adrian Mutu konfrans liqasının 2-ci təsnifatında Sarayevoda “Jelezniçar”la 2:2 etdikləri oyundan sonra mətbuat konfransı keçirib. Allsport.az saytı xəbər verir ki, rumıniyalı mütəxəssis nəticədən razı qalmadığını deyib:

“Hesabdan razı qalmasam da, oyunumuzdan razı qaldım. Çalışdıq ki, matçda idarə edən tərəf biz olaq. Rəqib arxada çox qapanmışdı. İlk hissədə “Jelezniçar”ı rahatmayan oyun nümayiş etdirikdik. Qapımız da qollar da gördük.

2-ci yarıda özümüzü sübut etmək istədik, öz üslubumuzda oynadıq, cinahları tez-tez dəyişdik, səbirli çıxış etdik. Futbol ədalətli olduğu üçün sonda bizi belə bir qolla mükafatlandırdı. Bu, yüksək ovqat, əsl tamaşa idi. Ümid edirəm ki, bizim azarkeşlərimiz də cavab matçında eyni atmosferi yaradacaqlar”.

Həmin kateqoriyadan