“Rəqib bərk, 90 dəqiqə pressinq edən komandadır”

Bu gün “Qarabağ” konfrans liqasının 1/16 finalının ilk oyununda evdə Belçikanın “Gent” klubunu 1:0 üstələdi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında komandamızın baş məşqçisi Qurban Qurbanov bunu söylədi:

“Nəticə öz yerində, bu gün meydanda sonadək mübarızə aparan komanda görmək istəyirdim. Bunu gördüm, oyundan sonra futbolçularıma təşəkkür edirəm.

Rəqib öncədən dediyim kimi, bərk komanda idi. Belə klublarla oynamaq çətindir. Avrokuboklarda bu cür rəqiblərlə oynaya-oynaya böyüməliyik.

“Gent” 90 dəqiqə pressinq edən komandadır. Onların hücum ehtimalı böyükdür. Futbolçular bir-birlərini yaxşı anlayırlar”.

Həmin kateqoriyadan