“Rəqib bu gün bəxt sayəsində qələbə qazandı”

Premyer liqanın 33-cü turunda “Araz-Naxçıvan” Bakıda “Sabah”a 0:1 uduzub. Allsport.az xəbər verir ki, Naxçıvan klubunun baş məşqçisi Elmar Baxşıyev oyun haqda danışıb:

Oyunu iki fərqli hissəyə bölərdim. Komanda istədiyim oyunu birinci hissədə nümayiş etdirdi, çoxsaylı hücumlar qurduq, sadəcə realizə edə bilmədik. Futbolçuların əzmkarlığından razı qaldım. Sona 3 tur qalıb. İnanıram ki, komanda şəklində daha yaxşısını edəcəyik.

Rəqib bu gün bəxt sayəsində qələbə qazandı. Bunu deməklə onların uğuruna kölgə salmaq istəmirəm. Futbolun qaçılmaz hissəsidir, sən epizodları dəyərləndirə bilmirsənsə, qapında bu cür qol görməyin qaçılmazdır.

İkinci hissənin ilk 10-15 dəqiqəsində ritmdən düşdük, rəqib həmin dəqiqələrdə üstünlük qazandı, amma tədricən oyunu bərabərləşdirə bildik. Məğlub olmaya bilərdik, ancaq şans rəqib tərəfdə idi”.

Həmin kateqoriyadan