“Rəqibin itirəcəyi bir şeyi qalmadı”

“Qarabağ” çempionlar liqasının 2-ci təsnifatının ilk oyununda Cəbəllütariqdə “Linkoln”a 2:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, matçla bağlı baş məşqçimiz Qurban Qurbanov bunu deyib:

“Futbolçularımı təbrik edirəm. Oynamaq üçün şərait o qədər də yaxşı deyildi. Matç süni örtükdə keçirilirdi. Uzun səfərə çıxdığımız üçün futbolçularda bir az yorğunluq hiss oluna bilərdi. Komandamızda yaxşı oyun intizamı gördüm.

Belə meydançalarda diqqət yetirdiyimiz əsas məqamlardan biri səhv etməməkdir. Bele örtükdə topu istədiyimiz kimi ram etmək çətin olur. Futbolçularımız sonadək yaxşı konsentrasiya ilə oynadılar.

Yaxşı başlanğıc oldu. Bakıdakı matça ciddi hazırlaşacağıq. Rəqibin itirəcəyi bir şeyi qalmadı. Ona görə riskə gedə bilərlər. Bakıda daha yaxşı oyun göstərməyə çalışacağıq”.

Həmin kateqoriyadan