- Baxış sayı: 44
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Bu gün premyer liqanın 26-cı turunda “Araz-Naxçıvan” səfərdə “Turan Tovuz”a 0:2 uduzdu. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Azər Bağırov məğlubiyyətə aydınlıq gətirdi:
“Hakimlikdən narazıyam. 2-ci hissənin 65-ci dəqiqəsində rəqib futbolçu dirsəklə bizim oyunçunun vurdu, amma baş hakimin fiti susdu.
Biz gənc komandayıq. Bu üzdən bizi sıxırlar. Rəşad Əhmədovun bizə qərəzi var. Baş hakimi VAR-a çağırırlar, ancaq o getmir, bunu lazım bilmir.
“Zirə” ilə oyunda da bu referi bizə qarşı olmuşdu. Təzədən onu niyə bu görüşə təyin edirlər?”