- Baxış sayı: 32
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 33
- Noyabr 26, 2024
- 0
“Neftçi”nin yeni transferi Rəşad Əzizli klubun televiziyasına açıqlama verib. Allsport.az saytı xəbər verir ki, 2011-2013-cü illərdə “ağ-qaralar”da çıxış etmiş 23 yaşlı qapıçı klubun onun üçün doğma olduğunu bildirib:
“Neftçi”yə gəldiyimə görə çox şadam. Rəhbərlik, Elxan müəllim sağ olsunlar, mənə dəvət göndərdilər. Əvvəllər “Neftçi”də oynamışam, bura mənə doğmadır.
“Neftçi”də ilk məqsədim bir nömrə olmaqdır. Gənc olmağıma baxmayaraq, özümü sübut etməyə çalışacam. Yoxlama oyunlarında, təlim-məşq toplanışında yerimi möhkəmlədim ki, əsas heyətdə daim oynaya bilim”.