- Baxış sayı: 14
- 28 Noyabr 2024 10:42
- Baxış sayı: 39
- Noyabr 26, 2024
- 0
Antalyada təlim-məşq toplanışında olan “Sabah”ın “Tobol”la yoxlama oyunu (2:2) komandanın yeni üzvlərindən Rəşad Eyyubov üçün əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, matçda hesabı açan yarımmüdafiəçi yeni komandsında ilk qolunu vurub. O, görüşlə bağlı fikrini bildirib:
“Oyun çətin keçdi. Yetərincə güclü və sanballı komandaya qarşı oynadıq. Deyə bilərəm ki, məşqdə çalışdıqlarımızın əksəriyyətini meydanda nümayiş etdirə bildik. Bu, yaxşı məqamdı. Lakin öz üzərimizdə hələ çox çalışmalıyıq. Düşünürəm ki, qarşıdakı matçlarda oyun keyfiyyətimizi bir az da artıracağıq.
“Sabah”da ilk qolumu vurduğuma görə şadam. Artıq tam uyğunlaşmışam. Komanda yoldaşlarımla bir-birimizi meydanda yaxşı başa düşürük”.